BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
7434

"Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

Valyuta.Az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

E.Zahidov əlavə şərh verməyərək, Siyavuş Novruzovun da bu ölkənin vətəndaşı olduğunu diqqətə çatdırıb: "Məhkəməyə vermək istəyir, buyursun versin”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov Unikal.org-a açıqlamasında Daxili İşlər Nazirliyini məhkəməyə verdiyini deyib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur:

"Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki, həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.

Deputat onu da bildirib ki, artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək:

"Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.

Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin