BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
7319

Bazar ertəsi səhər saatlarında "Brent” markalı neftin qiyməti 2020-ci ilin yanvar ayından bəri ilk dəfə 60 dollar/barel səviyyəsini aşdı.

Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, "Brent”in bir bareli 60,18 dollara (7,41%-lik artım) ticarət olunur.

Neftin bahalaşmasına təsir göstərən dörd əsas amil var:

• Bazar vaksinasiya tədbirlərini müsbət qarşılayır, bunun tezliklə koronavirusaqədərki həyatı və onunla paralel istehlak həcmlərini qaytaracağına ümid edir;

• ABŞ fond bazarı amerikalı konqresmenlər tərəfindən 1,9 trilyon ABŞ dolları həcmində stimullaşdırıcı paketin qəbul edilməsini gözləyir;

• Asiya ölkələrində neftə tələbat artmaqdadır. Burada əsas oyunçu Çindir;

• Neft hasilatını azaltmaqla bağlı OPEC+in tədbirləri müsbət nəticələr verir.

"Brent” markalı neftin qiymətindəki artım, ilk növbədə, Çində artan tələbatla dəstəklənir. Bu ölkənin iqtisadiyyatı yalnız V formalı bərpa yolu keçməyib, həm də inamlı artım trayektoriyasına adlayıb: 2020-ci ilin IV rübündə ölkənin ÜDM-i 6,5 %, iqtisadiyyat isə illik göstəricilərdə 2,3 % böyüyüb.

Bu il üçün bir çox maliyyə institutu Çin iqtisadiyyatında 8-9 % artım, neft istehlakındakı böyümənin isə 3-6 % səviyyəsində olacağını proqnozlaşdırır.

"Bloomberg” məlumatına görə, cümə günü 127 tanker Çin limanlarına istiqamət alıb. Onlar tam yükləniblərsə, bu, təxminən 250 milyon barel neft deməkdir.

Çin keçən il, demək olar, il boyunca ucuz neft alıb: ölkəyə hər gün 10,85 milyon barel neft gəlib ki, bu da 2019-cu illə müqayisədə 7,3 % çoxdur.

Çin ilə bərabər, regiondakı digər ölkələr də "qara qızıl”a olan tələbatı tədricən artırırlar. Cənubi Koreyada 2020-ci ilin dördüncü rübündə yanacaq alışı 2019-cu ilin eyni dövrünə nisbətən 62,7 % artıb. Bu ilin birinci rübündə isə artımın 38,2 % olacağı gözlənilir. Eyni hal Yaponiyada da yaşanır. Gözlənilməz soyuq qış şəraitində Asiya ölkələri elektrik stansiyaları üçün daha çox neft və az kükürdlü istilik yağı almaq məcburiyyətində qalır.

Bununla yanaşı, artıma təsir edən və aydın görünməyən səbəblər də var. Məsələn, karantin səbəbi ilə dünyanın bir çox ölkəsində insanlar onlayn alış-verişə keçiblər və bu da yanacağa olan tələbatı artırıb. Bundan əlavə, məhsulların qablaşdırılması üçün lazım olan plastiklərin hazırlanmasında istifadə olunan nafta kimi digər məhsullara da tələb artıb.

Bununla belə, Asiya bazarlarında tələbatın artmasına baxmayaraq, qlobal neft istehlakı koronavirusdan əvvəlki dövrdən 5-7 % azdır. Ancaq "Saudi Aramco” və "British Petroleum” ilin sonunadək neftə tələbatın bərpa olunacağını təxmin edirlər. "Goldman Sachs”ın proqnozu isə daha ürəkaçandır: tələbin avqust ayına qədər bərpa olunmalıdır.

OPEC+ razılaşması da müsbət rol oynayır. Bu sazişə əsasən, fevral ayında neft hasilatı gündə 7,125 milyon barel, mart ayında isə gündəlik 7,05 milyon barel azaldılmalıdır. Bundan əlavə, Səudiyyə Ərəbistanı OPEC+ razılaşması çərçivəsində götürdüyü öhdəliklərdən əlavə, hasilatı gündəlik daha 1 milyon barel azaltmağa qərar verib.

Ancaq qiymətlərin yenidən azalması riski də var. Təhdidlərdən biri ABŞ-ın şist şirkətləridir. Ekspertlər hesab edir ki, neft qiymətlərinin 50 ABŞ dollarını keçməsi ilə demək olar bütün quyular yenidən rentabelli olublar. Bu fonda ABŞ-da şist nefti istehsalında çox sürətli artım olarsa, bu, neft qiymətlərini endirə bilər.

Yuxarıdakı qrafikə baxsaq, artım trendini görə bilərik. "Brent” markalı neftin qiyməti, çox güman, artmağa davam edəcək, lakin müəyyən korrektələrdən sonra bir barel üçün 57-58 ABŞ dolları səviyyəsinə düşməsi də mümkündür ki, bundan sonra yenidən 62 ABŞ dollarına qədər artacaq. Sadəcə bu qiymətin uzunmüddətli perspektivdə sabit qalması ehtimalı azdır, buna görə də, çox güman, azalmaya doğru növbəti tərəddüdlər olması mümkündür.

Azad Həsənli
Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin