Dünya
08.02.2021 / 14:12
Türkiyənin meyvə-tərəvəz ixracı 5 mlrd. dollara çata bilər
7288
Türkiyəni Egey bölgəsindəki ixracatçıları cari ildə 5 mlrd. ABŞ dollardan çox meyvə və tərəvəz ixrac etməyi planlaşdırırlar.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Egey bölgəsinin Meyvə və Tərəvəz İxracatçıları Birliyinin rəhbəri Xeyrəddin Uçak deyib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, keçən il bir sıra kənd təsərrüfatı məhsullarının tədarükündə 25-35% artım qeydə alınıb: "Ötən mövsüm bol gilas və üzüm əldə olunub. Portağal istisna olmaqla, sitrus istehsalının azalacağı gözlənilmir".
Birliyin rəhbəri əlavə edib ki, 2020-ci ildə təzə meyvə və tərəvəz ixracatı 2019-cu illə müqayisədə 21%, meyvə-tərəvəz məhsullarının ixracı isə 8% artıb. /Apa.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay