Bank
06.02.2021 / 11:52
"Zaminbank"ın həbs edilən rəhbərindən XƏBƏR VAR
7236
Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Valyuta.az xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 19-a təyin edilib.
N.İsmayılov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş tanınıb. Zərərçəkmişlər sırasında Əmanətlərin Sığortalanması Fondu və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var.(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay