Bank
05.02.2021 / 12:23
Tural Yusifov “AccessBank”ın yeni simasıdır
7186
Tele-radio aparıcı Tural Yusifov "AccessBank”ın yeni simasıdır. Məşhur, Bankın reklam və marketinq kampaniyalarında iştirak edəcək. Cənab Yusifovun iştirakı ilə çəkilmiş "AccessBank”ın nağd kredit kampaniyasının reklam çarxı artıq müştərilərə təqdim edilib.
Qeyd edək ki, bu razılaşma Tural Yusifovun maliyyə sektorunda ilk anlaşmasıdır. Cənab Yusifov tele-radio aparıcı və bloger kimi fəaliyyət göstərir. Onun radioda gündəlik olaraq praym taymda yayımlanan verilişi yerli radio məkanda ən çox dinlənilən proqramlardan biridir.
Daha öncə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov "AccessBank”ın depozit kampaniyasının siması qismində çıxış edib. O, Bankın depozit kampaniyasını "İlk gedişdən qələbə” şüarı ilə təmsil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay