Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Redaktor

09.06.2025 13:29
252

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

2023-cü ildə sosial media idarəetmə platforması olan “Buffer” bir marketinq vəzifəsi üçün 1 518 namizədin müraciət etdiyini bildirmişdi. Bu rəqəm təəccüblü görünsə də, güclü korporativ mədəniyyəti və rəqabətli maaş təklif edən şirkətlər üçün adi haldır.

Hazırda iş bazarında bir çox namizəd sadəcə CV göndərməklə uğur qazanmağın çətin olduğunu anlayır. Bəzən sizinlə bərabər yüzlərlə, hətta minlərlə namizəd eyni vəzifə üçün yarışır.

Valyuta.az xəbər verir ki, belə şəraitdə fərqlənməyin ən təsirli yollarından biri şəxsi brend qurmaqdır. Öz brendimizi necə quraq?

CV-dən kənara çıxın və özünüzü fərqləndirin

Ənənəvi CV-lər ciddi formatlarla məhdudlaşır — bir səhifəlik, konkret nailiyyətlərlə və sadə dizaynla. İndi isə bir çox şirkətlər müraciət formalarında "LinkedIn" profilinin linkini mütləq sahə kimi tələb edir.

Bu məkan sizin fərqlənmək imkanınızdır. Yaxşı hazırlanmış profil şəkli, yaradıcı başlıq, maraqlı bio, “Featured," layihələrə keçidlər və keçmiş əməkdaşlardan alınan tövsiyələr – bunlar sizin səsinizi daha aydın eşitdirir.

Kiçik addımlarla kontent yaratmağa başlayın

"LinkedIn" bəzən qorxuducu görünə bilər. Xüsusilə də heç vaxt paylaşım etməmisinizsə, “Yeni işimi elan etməkdən məmnunam” tipli yazılar sizi çəkingən edə bilər. Amma bu platforma fərdi təcrübə və şəxsiyyətinizi nümayiş etdirmək üçün unikal fürsətdir.

Müəllif Anna Burcess Yanq deyir ki, o öz "LinkedIn" yoluna həftədə bir paylaşım edərək başlayıb. Başlanğıcda məqsəd qoymasa da, tədricən məzmunlarını daha strateji şəkildə paylaşmağa başlayıb. Bu da onun şəxsi brendini gücləndirib və daha çox imkanlar yaradıb.

Şəxsi brend sizə qapılar açır

İş dünyasında CV yalnız kağız üzərində bir məlumat toplusudur. Amma şəxsi brend sizinlə bağlı etimad və əlaqə yaradır. Yönəldiyiniz sektorda və ya şirkətlərdə çalışan insanlarla erkən ünsiyyət qurun. Postlarını bəyənin, şərh yazın, öz fikirlərinizi paylaşın. Bütün bunlar sizi CV yığının üst sırasına çıxara bilər.

İş təklifləri sizin dalınızca gələ bilər

Möhkəm şəxsi brend sizə yalnız imkanlar qazandırmır, həm də iş təkliflərini birbaşa sizə gətirə bilər. Rekruterlər və menecerlər LinkedIn-də aktiv olan, öz sahəsini paylaşan və etibarlı imic yaradan insanları axtarır.

Anna Burcess Yanq özü sərbəst işləsə də, qeyd edir ki, "LinkedIn" üzərindən aldığı əlaqələr və təkliflər şəxsi brendi sayəsində mümkün olub. Onun məzmunları insanlar tərəfindən izlənilir, işi tanınır və ona inam formalaşır.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...