
30.05.2025 / 20:51
“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu
71352
“Azeri Med” şirkəti Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi daha bir tenderin qalibi seçilib.
Valyuta.az xəbər verir ki, tender tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətlərinin satınalması ilə bağlı keçirilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 011 572,32 manatdır.
MOM cari ayda 3 tender keçirib. Hər üç tenderin qalibi “Azeri Med” şirkəti seçilib.
Mediada gedən məlumatlara görə, şirkət deputat Kamaləddin Qafarova məxsusdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay