
İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş
Dövlət Məşğulluq Agentliyi fərdi sahibkar Gülnarə İbadova ilə daha bir satlnalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, bu dəfəki müqavilə Lənkəran-Astara Regional Məşğulluq Agentliyi üçün ofis icarəsi ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 133 200 manat təşkil edir.
Filial üçün icarəyə götürüləcək ofisin sahəsi 400 kv metrdir. İcarə müddəti isə 36 aydır. Bu halda aylıq icarə haqqın 3 666 manata düşür.
Agentlik cari ilin əvvəlində Gülnarə İbadova ilə 1 499 299,8 manatlıq satınalma müqaviləsi bağlayıb. Bu müqavilə Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Gülnarə İbadova haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
©Qaynar.info
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay