
30.05.2025 / 18:22
Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
71345
Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Hazırda dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Yeni qanuna əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.
Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimələr də 2 dəfə artırılıb. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək.
©Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay