BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
71331

“Fox News” telekanalı Los-Ancelesdə dələduzluq yolu ilə 30 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunan erməni cinayətkar dəstəsinin ifşa edilməsinin eksklüziv görüntülərini yayımlayıb.

Valyuta.az “Report”a istinadən xəbər verir ki, 14 erməni ABŞ hökumətinin ehtiyacı olanlara dəstək məqsədilə ayırdığı on milyonlarla dolları mənimsəməyə cəhddə ittiham olunur.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (Department of Homeland Security - DHS) telekanala təqdim etdiyi kadrlarda şübhəlilərdən birinin - Uilyam Makqreyan təxəllüsü altında gizlənən kişinin saxlanılma anı qeydə alınıb. O, Los-Ancelesdəki evində həbs edilib.

“Müstəntiqlər Makqreyanı COVID-19 pandemiyası dövründə yardım və kiçik biznesə dəstək üçün nəzərdə tutulan təxminən 30 milyon dollar məbləğində vəsaiti mənimsəmiş transmilli cinayətkar şəbəkənin “beyni” hesab edirlər", - “Fox News”un müxbiri qeyd edir.

DHS-in məlumatına görə, keçirilmiş əməliyyat nəticəsində əksəriyyəti artıq ABŞ vətəndaşlığı almış 14 nəfər saxlanılıb. Onlara qarşı sövdələşmə, bank köçürmələrində dələduzluq və pulların yuyulması ittihamları irəli sürülüb.

İstintaq müəyyən edib ki, cinayətkarlar saxta sənədlərdən istifadə edərək bir neçə saxta şirkət yaradıblar. Mənimsənilmiş vəsaitin bir hissəsi evlərin və lüks əşyaların alınmasına xərclənib, qalan vəsait isə Ermənistana köçürülüb ki, bu da onun izlənilməsini çətinləşdirib. Ümumilikdə, fırıldaqçılar federal büdcədən təxminən 47 milyon dollar istəyiblər və bu məbləğin 30 milyon dollara qədərini mənimsəyə biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman

Dünyanın ən böyük "Snickers"inin 2 ton çəkisi var

Gələcək maliyyə hədəfləri ilə gündəlik xərcləri necə balanslaşdırmalı? - SƏHƏR OXUSU

Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - Rəsmi açıqlama

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

BMT-dən narahatedici hesabat: Süni intellekt qadın işçiləri daha çox hədəf alır

Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?

Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu

Özbəkistandan 2 manata alınan fıstığı İran neçəyə satır? - Qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin