
30.05.2025 / 15:42
“AtaSığorta”nın idarə Heyətinə 3 üzv təyin edilib
71325
“Ata Sığorta” ASC-də idarəetmə strukturunda dəyişiklik edilib. Şirkətin İdarə Heyətinə üç yeni üzv seçilib.
Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə İlqar Sadıqov Sadıq oğlu, Kəmalə Allahverdiyeva Zaman qızı və Arif Əjdərov Azad oğlu İdarə Heyətinin üzvləri seçiliblər.
Hazırda İdarə Heyətinə Seymur Əliyev Əli oğlu sədrlik edir. Bununla da İdarə Heyəti sədrlə birlikdə beş üzvdən ibarət olacaq.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 15.95 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay