
ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub
ABŞ prezidenti Donald Trampın rüsumlar tətbiq etməsindən sonra dünya üzrə şirkətlər 34 milyard dollardan çox itirib. İtkilər artan xərclər və satışların azalması ilə bağlıdır.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Agentlik "S&P 500" indeksindən 32, "Stoxx 600" indeksindən 3 və "Nikkei 225" indeksindən 21 şirkətin fəaliyyətini təhlil edib. Donald Trampın gözlənilməz ticarət siyasəti səbəbindən əksər şirkətlər öz itkilərini dəqiq qiymətləndirə bilmirlər.
Ən azı 42 şirkət öz proqnozlarında mənfəətin həcmini azaldıb. Daha 16 nəfər hesabatı geri götürüb və ya dərc tarixini təxirə salıb. Belə ki, "Walmart" rüblük mənfəət proqnozunu verməkdən imtina edib və malların qiymətini qaldıracağını bildirib. "Volvo" növbəti iki il üçün mənfəət proqnozları verməyəcək. "United Airlines" iki fərqli hesabat hazırlayıb. Aviaşirkət izah edib ki, bu il makroiqtisadi vəziyyəti proqnozlaşdırmaq mümkün deyil.
Ağ Ev bəyan edib ki, ticarət tarifləri Amerika iqtisadiyyatına 50-60 milyard dollar gəlir gətirib. Mayın 28-də ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Amerika prezidentinin Çin, Kanada və Meksikaya tətbiq etdiyi tarifləri qeyri-qanuni elan edib. Daha sonra ABŞ Apellyasiya Məhkəməsi qərara etiraz edib. Sənəddə bildirilir ki, xarici məhsullara tariflər bundan sonra da tətbiq olunacaq.
Paşa Məmmdəli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay