BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
71318

"Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır". 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

Qeyd edib ki, fərdi sahibkarların 77 faizi kişi, 33 faizi isə qadındır. Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, kiçik sahibkarların 16 %-i, orta sahibkarların isə 8 %-i, qadınlardır. İri sahibkarlar arasında isə qadın yoxdur. Bu baxımdan, orta və iri sahibkarlıq subyektlərində qadınların daha yaxından iştirakının təşviq edilməsi vacibdir.

"Bu fərq əmək haqqı arasındakı fərqdə də özünü göstərir. Belə ki, qadınların orta aylıq əmək haqqısı 791 manat, kişilər 1160 manatdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri olsa da bu fərqin minimumlaşdırılması prioritetliyini qoruyub saxlayır. Digər tərəfdən, əməkhaqqı fərqi pensiya məbləğində də özünü göstərir. Bu baxımdan, qadınların pensiya məbləği hesablanan zaman keyfiyyət meyarlarından və eləcə də xüsusi əmsallardan istifadə məqsədəuyğun olardı".

2024-cü ildə qadınlara 18.8 milyon manat güzəştli kreditlər verilməsi və bunun 2023-cü ildəki 16.4 milyon manatdan 2.4 milyon manat çox olması məsələsinə diqqət çəkən V.Bayramov yenə də güzəştli kredit portfelində qadınların payının az olaraq qaldığını bildirib.

"Belə ki, ümumillikdə 2024-cü ildə 248 milyon manat güzəştli kredit verilib. Bu o deməkdir ki, ötən il güzəştli kreditlərin cəmi 7.5 faizi qadın sahibkarlara təqdim olunub. Bu isə qadın sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını daha da aktuallaşdırır".

Nəzərə çatdırıb ki, sənədin tövsiyyələr hissəsində qadın sahibkarların stimullaşdırılması qeyd olunur və bu tamamilə doğru tövsiyyədir. Millət vəkilinin fikrincə, tövsiyyələr hissəsində bunun üçün potensial vasitə və alətlərin qeyd olunması daha məqsədəuyğun olardı.

"Bir müddətdir ki, cəmiyyətdə müzakirə olunan Aliment fondunun yaradılması da təklif olunur. Bununla belə, bu fond yaradılarsa onun maliyyələşmə mənbələri və eləcə də boşanmaların sayına təsirlərinin qiymətləndirilməsi də yaxşı olardı",- deyə Vüqar Bayramov fikrini tamamlayıb.

©Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman

Dünyanın ən böyük "Snickers"inin 2 ton çəkisi var

Gələcək maliyyə hədəfləri ilə gündəlik xərcləri necə balanslaşdırmalı? - SƏHƏR OXUSU

Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - Rəsmi açıqlama

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

BMT-dən narahatedici hesabat: Süni intellekt qadın işçiləri daha çox hədəf alır

Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?

Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu

Özbəkistandan 2 manata alınan fıstığı İran neçəyə satır? - Qiymətlər

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin