
Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb
Əgər 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında yerli gəlirlər büdcənin 31,8 %-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 %-ə yüksəlib.
Bunu Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı Prezidentin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.
O qeyd edib ki, ötən il dotasiya istisna olmaqla yerli büdcə daxilolmaları 2022-ci ilə nisbətən 32 % artıb, 198 milyon manatdan 262 milyon manata çatıb: "Əvəzində dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya azaldılıb. 2022-ci ildəki 425 milyon manatdan 2024-cü ildə 185 milyon manata düşüb. Bu, 56 % azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə ötürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib".
O əlavə edib ki, 2024-cü il və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları (dotasiya istisna olmaqla) plana nisbətdə müvafiq olaraq 37 % və 30 % çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88 %, cari ilin 4 ayında 87 % icra olunub.
©report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay