
"2024-cü ildə qadınların maaşı 7,5%, kişilərin maaşı isə 8,5% artıb"
İlkin məlumatlara əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 7,5% artaraq 791,1 manat, kişilərin əməkhaqqı isə 8,5% artaraq 1159,9 manat təşkil edib.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında" məlumatı təqdim edərkən deyib.
O xatırladıb ki, 2023-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 735,7 manat, kişilər üçün bu göstərici 1069,3 manat təşkil edib.
“Həmçinin, 2024-cü ildə işsiz kimi qeydə alınmış şəxslərin 47,5%-i qadın, 52,5%-i kişi olub. İşlə təmin olunanların isə 34,4%-i qadın, 65,6% kişilər olub.
Təqdim olunan nəticələr onu göstərir ki, müvafiq qurumlar tərəfindən aparılan məqsədyönlü tədbirlərin nəticəsində bu sahədəki statistik fərqlər optimal xarakter almaqdadır”.
©report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay