
Youtube-da hansı videolar kəşfetə düşür?
"Youtube" platforması istifadəçilərə maraqlarına uyğun videolar təqdim etmək üçün daim yenilənən və fərdiləşdirilmiş alqoritmlərdən istifadə edir. Şirkətin məlumatına görə, məqsəd izləyicilərə daha çox sevdikləri videoları təqdim edərək, onların platformada qalma müddətini artırmaqdır.
Valyuta.Az-ın araşdırmasına görə, platforma hər bir istifadəçinin baxış və axtarış tarixçəsini, eləcə də fərdi maraqlarını nəzərə alaraq videoları sıralayır. Bununla yanaşı, videonun digər istifadəçilərlə necə qarşılıqlı əlaqə qurduğu da sistem üçün önəmlidir.
Hansı videolar üstünlük qazanır?
"Youtube" konkret video formatlarına üstünlük vermir. Əsas diqqət, videonun istifadəçilər tərəfindən necə qarşılandığına yönəlir. Sistem aşağıdakı amillərə əsaslanaraq videoları kəşfet bölməsinə çıxarır:
* İstifadəçinin əvvəllər izlədiyi videolar və maraqları;
* Ən çox birlikdə izlənilən videolar;
* İstifadəçinin bir mövzu və ya kanal üzrə nə qədər məzmuna baxdığı.
Video performansı necə təhlil olunur?
Bir video istifadəçiyə təqdim edildikdən sonra, onun baxılıb-baxılmaması, ötürülməsi və ya "maraqlı deyil" kimi qiymətləndirilməsi sistem tərəfindən qeydə alınır. Həmçinin videonun nə qədər müddət izlənildiyi və istifadəçinin digər videolara keçid edib-etmədiyi də nəzərə alınır. Bu göstəricilər əsasında videonun cəlbediciliyi qiymətləndirilir.
Xarici amillər nə dərəcədə təsir edir?
Videonun kəşfetə düşməsinə yalnız daxili göstəricilər deyil, həm də bir sıra xarici amillər təsir edir. Bunlara aşağıdakılar daxildir:
* Mövzunun aktuallığı – Mövzunun gündəmdə olması və ona maraq göstərəcək geniş auditoriyanın mövcudluğu;
* Rəqabət – Eyni mövzuda olan digər videoların performansı ilə müqayisə;
* Mövsümi dəyişikliklər – İlin müxtəlif dövrlərində "Youtube"da baxış saylarında baş verən dəyişikliklər.
Daha çox izləyici üçün tövsiyələr
"Youtube" videoların daha geniş auditoriyaya təqdim olunması üçün kanal sahiblərinə öz izləyici kütlələrini yaxından tanımağı tövsiyə edir. Əgər məzmun istifadəçi maraqlarına uyğun hazırlanırsa və videolar baxılırsa, sistem tərəfindən daha çox tövsiyə edilir.
Kanal sahiblərinə verilən əsas suallar belədir: Auditoriyam hansı videolardan zövq alır? Kanalımı nə qədər tez-tez izləyirlər? Bu suallara cavab tapmaq, videoların daha geniş auditoriyaya çatmasına kömək edə bilər.
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay