
Aİ-nin almaz ixracından əldə edilən gəlirləri rekord həddə azalıb
2025-ci ilin birinci rübündə Avropa İttifaqının (Aİ) almaz ixrac gəlirləri rekord həddə azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Eurostat"ın məlumatlarında bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı xarici bazara almaz tədarükündən cəmi 1,4 milyard avro qazana bilib. Aİ ölkələri arasında əsas almaz ixracatçısı sayılan Belçika ixracını 1/3 azaldıb - 1,3 milyard avroya qədər. Almaniyadan almaz tədarükü 16%, Fransadan 2,5% azalıb.
Bu dinamikanın səbəbi Avropaya gələn brilyantların miqdarının azalmasıdır. Birinci rübdə idxal dörddə bir azalaraq 2,25 ton təşkil edib. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri əsas tədarükçülər olaraq qalıb. Birincisi tədarükləri 36% azaldaraq 850 kiloqrama, ikincisi isə 30% azalaraq 550 kiloqrama çatdırıb.
Ötən ilin yayında bildirilmişdi ki, Avropa İttifaqının almaz ixracından əldə etdiyi gəlir anti-Rusiya sanksiyaları səbəbindən 1/4 azalıb. 2024-cü ilin əvvəlindən Aİ-yə almaz tədarükü 29% azalaraq 2,66 milyard avroya düşüb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay