
30.05.2025 / 16:10
Elektrik ixracından əldə olunan gəlirlər azaldı
71304
2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında yer alan elektrik enerjisində əldə olunan gəlirlər azalıb.
Valyuta.az xəbər verir ki, cari ilin ilk 4 ayında elektrik enerjisindən əldə olunan gəlirlər 29,1 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə isə Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlirləri 47,6 milyon ABŞ dolları olub.
Nəticə etibarı ilə ilik müqayisədə elektrik enerjisindən əldə olunan gəlirlər 18,5 milyon ABŞ dolları və ya 38,8% azalıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay