BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
71299

“Payonix” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub. 

Valyuta.az xəbər verir ki, ardıcıl ikinci ildir ki, qurum mənfəət əvəzinə maliyyə itkisi ilə üzləşir. 

“Payonix” 2024-cü ildə cəmi 43,479 manat gəlir əldə edə bilib. Gəlirin əsas hissəsi müştəri kreditləri üzrə faiz gəlirlərindən (42,787 AZN) ibarətdir. Amma xərclər bunun beş qatından çox olub — 214,522 manat. Bu isə gəlirlərin nəinki xərcləri qarşılamadığı, hətta strukturun öz əsas fəaliyyətini belə maliyyələşdirə bilmədiyini göstərir.

Təşkilatın illik maliyyə hesabatına əsasən, həm aktivlərdə, həm də kapitalda nəzərəçarpacaq azalma müşahidə olunur.

2023-cü ildə 1,3 milyon manat nizamnamə kapitalı olan “Payonix” BOKT-un cəmi kapitalı 2024-cü ilin sonunda 1,03 milyon manata düşüb. Bunun əsas səbəbi əvvəlki ildən yığılan 96,8 min manatlıq zərərin saxlanılması və yeni dövr üzrə 171 min manat zərərin əlavə olunmasıdır.

Beləliklə, təşkilatın bölüşdürülməmiş mənfəəti mənfi saldoya keçib.

“Payonix”in ümumi aktivləri 1,3 milyon manatdan 1,09 milyon manata düşüb – bu, 205 min manat və ya 15,8% azalma deməkdir. Əsas azalma pul vəsaitləri hissəsində baş verib: 2023-cü ildə 1,3 milyon manata yaxın olan bu göstərici 2024-cü ildə cəmi 184,926 manata düşüb.

BOKT-un kapitalı hələ də əsas öhdəlikləri əhatə etsə də, aktivlərin tərkibi zəifləyib, gəlir formalaşdırma qabiliyyəti isə sual altındadır. Kredit portfeli yeni daxil olsa da (490 min AZN), bu vəsaitin gəlirə çevrilməsi üçün zaman və risk analizi tələb olunur.

Gəlirlərin zəifliyi, xərclərin idarə olunmaması və kapitalın əriməsi şirkətin orta və uzunmüddətli dayanıqlılığına təhlükə yaradır. Əgər kredit portfelindən gəlirlilik təmin olunmasa və əməliyyat effektivliyi artırılmasa, maliyyə mövqeyi daha da zəifləyə bilər.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin