
"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi
"Samsung"un yaxın zamanda təqdim edəcəyi gözlənilən yeni qatlanan telefonu "Samsung Galaxy Z Flip 7" ilə bağlı mediaya sızan ilk test nəticələri texnologiya ictimaiyyətində təəccüblə qarşılanıb.
Valyuta.az xəbər verir ki, yeni nəsil qapaqlı qatlanan bu telefonun ilk test göstəricilərinə əsasən, gözləntiləri tam olaraq qarşılamaya biləcəyi ehtimal olunur.
Sızan "Geekbench" məlumatlarına görə, "Samsung Galaxy Z Flip 7" modeli "Exynos 2500" çipseti və 12 GB əməli yaddaşla təchiz olunub.
Samsung Galaxy Z Flip 7 SM-F766U with Exynos 2500 runs on Geekbench.
— Abhishek Yadav (@yabhishekhd) May 26, 2025
Specifications
? Exynos 2500
1 Core @ 3.30 GHz
2 Cores @ 2.75 GHz
5 Cores @ 2.36 GHz
2 Cores @ 1.80 GHz
? Samsung Xclipse 950 GPU
? Android 16
- 12GB RAM
Scores
Single-core: 2012
Multi-core: 7563… pic.twitter.com/SpOu7Fl7N4
Aparılan erkən testlərdə "Z Flip 7" tək nüvədə 2.012 və çox nüvədə 7.563 bal toplayıb. Bu göstəricilər, bu il çoxsaylı flaqman "Android" telefonlarında istifadə olunan "Snapdragon 8 Elite" çipsetinin nəticələrindən geri qalır.
Telefonun daxilindəki prosessor nüvələrinin rəqib çipsetlərə nisbətən daha aşağı saat tezliklərinə malik olması, bu zəif nəticələrin əsas səbəblərindən biri kimi qiymətləndirilir. Hələlik "Samsung"un bu modeli üçün istidən qorunmaq məqsədilə sürəti bilərəkdən azaltdığı məlum deyil.
Digər tərəfdən, CHIP tərəfindən aparılan testlərdə "Snapdragon 8 Elite" çipsetinin yüksək temperatur dəyərlərinə çatdığı, yəni tez qızdığı müşahidə edilib. Bu səbəbdən, "Samsung"un "Galaxy Z Flip 7" modelində bu riskdən qaçmaq üçün "Exynos" çipsetinə üstünlük verdiyi ehtimalı da tamamilə istisna edilmir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay