
29.05.2025 / 20:06
Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək
71254
Nyu-York meri Erik Adams bildirib ki, şəhər rəhbərliyi sakinlərə maaşlarını "Bitcoin" ilə almağa icazə verəcək.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Şəhərdə edə biləcəyimiz bəzi şeylər var. Biz insanlara kommunal xərclərini "Bitcoin" ilə ödəməyə icazə də verə bilərik", deyə mer bildirib.
Şəhər hakimiyyəti "Bitcoin"dən öz səviyyəsində istifadənin mümkün variantlarını qiymətləndirəcək, bundan sonra onlar bu məsələdə əyalət və federal hökumətlərlə əməkdaşlığa başlayacaqlar.
Adams həmçinin bildirib ki, Nyu-York şəhərinin hakimiyyət orqanları məktəblilərə kriptovalyutalardan necə istifadə etməyi öyrətməyə başlayacaq. O, təlimin birbaşa məktəblərdə keçiriləcəyini vurğulayıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay