BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
71235

"TikTok" platformasında yayımlanan bəzi qısa videolar zahirən zərərsiz görünsə də, əslində istifadəçiləri riskə ata biləcək komutlar ehtiva edir. Araşdırmalara əsasən, bu məzmunların avtomatlaşdırılmış şəkildə hazırlandığı ehtimal olunur.

Valyuta.az xəbər verir ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər "TikTok"da yayımlanan və istifadəçiləri xəbərləri olmadan zərərli proqramlar yükləməyə təşviq edən videolarla bağlı yeni xəbərdarlıq yayıblar. "Trend Micro" şirkətinin məlumatına görə, hücumçular süni intellektin dəstəyi ilə hazırladıqları videolarda populyar proqramların guya "aktivləşdirilmə" üsullarını göstərərək istifadəçiləri aldadırlar.

Bu videolarda adətən "Windows" və ya "Microsoft Office" kimi proqramların pulsuz aktivləşdirilməsi, yaxud "Spotify" və "CapCut" kimi tətbiqlərdə ödənişli funksiyaların açılması vəd edilir. Lakin arxa planda tamam başqa bir proses gedir: videolarda göstərilən addımlar izlənildikdə, istifadəçilər əslində zərərli bir "PowerShell" komutu işə salır və zərərli proqram cihazlara yüklənir.

Sadə görünür, əslində təhlükəlidir

Paylaşılan videolarda bir şəxsin kompüterdə "İşə sal" pəncərəsini açaraq "PowerShell" komutu daxil etdiyi görünür. İzləyicilərə bu əmrin tətbiqləri pulsuz istifadə etməyə imkan verəcəyi təəssüratı yaradılır. Halbuki icra edilən əmr "Vidar" və ya "StealC" adlı məlumat oğurlayan proqramların qurulmasına səbəb olur.

Bu iki zərərli proqram təkcə cihazlara bulaşmaqla kifayətlənmir, həm də ekran görüntülərini alma, giriş məlumatlarını toplama, bank kartı və kriptovalyuta cüzdanı məlumatlarını oğurlama, brauzer çərəzlərini çıxarma və iki faktorlu autentifikasiya kodlarını ələ keçirmə kimi funksiyaları yerinə yetirə bilir.

Bu cür videoların xüsusilə "TikTok" kimi alqoritm əsaslı platformalarda sürətlə yayılması təhlükənin miqyasını artırır. "Trend Micro"nun müəyyən etdiyi videolardan biri 500 mindən çox baxış və 20 mindən artıq bəyənmə toplayıb. Şərhlər də nəzərə alındıqda, həmin videonun minlərlə istifadəçiyə çatdığı və potensial olaraq onların təhlükəyə məruz qaldığı düşünülür.

Araşdırmaçılar bildirirlər ki, bu videoların əksəriyyəti bir-birinin eynisidir, yalnız kamera bucağı və ya komut bağlantısında kiçik fərqlər mövcuddur. Bu isə məzmunların böyük ehtimalla avtomatik şəkildə hazırlandığını göstərir. Videolardakı danışıq səsləri də süni intellekt tərəfindən yaradılmış kimi görünür.

İstifadəçilərə xəbərdarlıq: hər video etibarlı deyil

Mütəxəssislər xüsusilə sosial şəbəkələrdə “qısa yoldan həll” vəd edən məzmunlara qarşı ehtiyatlı olmağın vacibliyini vurğulayırlar. Proqram aktivləşdirmə və ya ödənişli funksiyaları pulsuz təqdim etmə iddiası ilə yayılan komutlar cihazların təhlükəsizliyini ciddi şəkildə təhdid edə bilər.

İstifadəçilərə məsləhət görülür ki, mənbəyi təsdiqlənməmiş məzmunlarda yer alan texniki komutları yerinə yetirməzdən əvvəl diqqətli olsunlar. Bu, rəqəmsal təhlükəsizlik baxımından olduqca önəmlidir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin