BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
71176

Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqdadır. Xüsusilə ABŞ, Almaniya, BƏƏ və Koreyadan avtomobil gətirilməsi geniş yayılıb. Lakin bu proses təkcə üstünlüklərlə deyil, ciddi risklərlə də müşayiət olunur. Bəzi hallarda vətəndaşlar ödəniş etdikdən sonra nə avtomobil, nə də müqavilədə nəzərdə tutulan sənədləri əldə edə bilirlər. Bəzən isə sifariş edilən avtomobilin texniki vəziyyəti, təchizatı və ya gömrük sənədləri alıcıya əvvəlcədən təqdim edilən məlumatlarla üst-üstə düşmür. 

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, xaricdən maşın sifariş etməzdən əvvəl mütləq etibarlı şirkətlərlə əməkdaşlıq edilməlidir. Sifarişin bütün detalları avtomobilin texniki göstəriciləri, vurulub-vurulmadığı, kilometrajı, ixrac və gömrük rüsumları barədə məlumatlar şəffaf şəkildə təqdim olunmalıdır. Alıcılar öncədən müqaviləni diqqətlə oxumalı və mümkün olduğu qədər ödənişi avtomobil Azərbaycana gəldikdən sonra etməlidirlər.

Hüquqşünas Nurlan Səfərov vətəndaşlara xəbərdarlıq edirlər ki, avtomobil sifarişi zamanı heç bir halda şifahi razılaşmalara əsaslanmasınlar. Müqavilə mütləq notarial qaydada təsdiq edilməli və hər iki tərəfin öhdəlikləri dəqiq şəkildə göstərilməlidir. Əks halda, aldanan tərəfin hüquqlarını sonradan bərpa etmək çətin ola bilər.

Bəs bu kimi hallarda nə etmək lazımdır? 

Yalnız lisenziyalı və rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edin.

Avtomobilin real vəziyyətini yoxlamaq üçün beynəlxalq auksion saytlarında VIN kodu vasitəsilə təhlil aparın.

Müqaviləsiz və sənədsiz heç bir ödəniş etməyin.

Avtomobilin gömrük rüsumlarını və əlavə xərcləri əvvəlcədən öyrənin.

Şəxsi hüquqi məsləhət alın.

Hüquqşünas qeyd edir ki, xaricdən avtomobil sifarişi edərkən diqqətli və məlumatlı olmaq aldanma hallarının qarşısını almağın əsas yoludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin