
İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var
Avropa İttifaqının aparıcı ölkələri hələ də blokun bütün üzvlərini və ABŞ-ı Rusiya neftinin "qiymət tavanı"nı 60 dollardan 45 dollara endirməyə inandıra bilməyiblər.
HİT.az "Financial Times"a istinadən xəbər verir ki, Avropa Komissiyası, Almaniya və Fransa bu bəndi Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə daxil etmək istəyirlər, lakin bu ideya hələlik Aİ-nin bütün üzv dövlətləri tərəfindən dəstəklənmir. G7-də də bu məsələdə konsensus yoxdur.
Jurnalist mənbələrinin qeyd etdiyi kimi, Kanadanın Banff şəhərində G7-nin maliyyə nazirlərinin görüşündə o, Rusiya neftinin "qiymət tavanı"na yenidən baxılması ilə bağlı açıq ifadələrin birgə bəyanata daxil edilməsini təklif edib. Bu təklif, xüsusən də Fransa, Almaniya, İtaliya və Böyük Britaniya tərəfindən dəstəkləndi, lakin ABŞ-ın maliyyə naziri Skott Bessantın tələbi ilə daxil edilmədi.
G7-nin maliyyə nazirlikləri rəhbərlərinin görüşündən sonra verilən yekun kommünikedə deyilir ki, G7-yə üzv ölkələr atəşkəs razılaşdırıla bilməsə, "maksimum təzyiq, sanksiyaların daha da gücləndirilməsi daxil olmaqla, bütün mümkün variantları araşdırmağa davam etmək" barədə razılığa gəliblər.
Macarıstan və Yunanıstan kimi əvvəllər Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ideyasını qəbul etməkdən çəkinən bəzi Aİ ölkələri hələ də təklifi dəyərləndirirlər. Avropa Komissiyasının sözçüsü Anita Hipper dünən deyib: "Biz Avropa tərəfdən Rusiyaya daha çox təzyiq göstərməyə hazırıq və ümid edirik ki, digər tərəfdaşlar da bizi izləməyə hazır olacaqlar".
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlanması üzərində işləyir. Təkliflər arasında Rusiya neftinin qiymət tavanının bir barel üçün 60 dollardan 45 dollara endirilməsi və 20 bankın beynəlxalq SWIFT ödəniş sistemindən çıxarılması da var.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya neftinin tənzimlənən qiymətinin bir barel üçün 30 dollardan çox olmamasında israr edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay