BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70754

Amerikanın "Interlune" adlı kosmik texnologiyalar şirkəti kənd təsərrüfatı texnikası istehsalçısı "Vermeer" ilə birlikdə Ayda nadir tapılan helium-3 izotopunu çıxarmaq üçün xüsusi qurğunun prototipini hazırlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə Space.com portalı məlumat yayıb.

Şirkətin həmtəsisçisi və baş direktoru Rob Meyerson bildirib: "Ayda avadanlıq işlətmək tamamilə fərqli səviyyədə etibarlılıq və məhsuldarlıq standartları tələb edir".

Yeni qurğu saatda təxminən 100 ton ay torpağını – regolitini emal edə bilir. Bu prosesin əsas məqsədi helium-3 əldə etməkdir. Helium-3 – iki proton və bir neytrondan ibarət olan, yüngül və stabil helium izotopudur.

Helium-3 Yer üzündə son dərəcə az tapılan maddədir və onu əldə etmək olduqca çətindir. Uzun illərdir ki, bu izotopun gələcəkdə enerji mənbəyi kimi istifadəsi haqqında fərziyyələr mövcuddur, lakin bu ideyaların bir çoxu hələ də spekulyativ xarakter daşıyır.

Mütəxəssislərin fikrincə, Ayda helium-3 ehtiyatları Yer üzündə olduğundan qat-qat çoxdur. Lakin onun Ay səthindən çıxarılması və Yerə daşınması məsələsi hələ də texniki və iqtisadi baxımdan ciddi müzakirə olunur. Bəzi ekspertlər hesab edir ki, helium-3-ün çıxarılması və daşınma xərcləri onu real enerji mənbəyi kimi iqtisadi cəhətdən əlverişsiz edə bilər.

Qeyd edək ki, daha əvvəl Qərb ekspertləri Çin tərəfindən Ayın cənub qütbündə baza tikintisi planlarının olduğunu açıqlayıblar. Bu baza həm Ay səthində, həm də onun orbitində düyün şəbəkələrinin yaradılmasını nəzərdə tutur.

Çinli alimlər həmin bazanın enerji ilə təminatı üçün nüvə, günəş və radioizotop mənbələrindən istifadə etməyi planlaşdırırlar. Həmçinin planlar çərçivəsində Aydakı fəaliyyətə pilotsuz nəqliyyat vasitələrinin və "tullanma qabiliyyətinə malik" qurğuların göndərilməsi də daxildir.

Bildirilir ki, Çin artıq Ayın cənub qütbündə su axtaracaq uçan robot hazırlayıb və onun missiyası 2026-cı ildə başlaya bilər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin