
ABŞ-ın ən böyük avtomobil istehsalçısı Çinə ixracını dayandırdı
Amerikanın avtomobil nəhəngi "General Motors" Çinə tədarükünü dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Çin bölməsinin dilerlərinə və işçilərinə şirkətin mesajına istinadən yazıb.
"İqtisadi mühitdə ciddi dəyişikliklərlə əlaqədar olaraq, biz "Durant Guild"i (GM-in premium avtomobillərin satışı platforması-red.) yenidən strukturlaşdırmaq və "GM China"nın fəaliyyətini optimallaşdırmaq qərarına gəldik", deyə şirkətdən bildiriblər.
GM qeyd edib ki, "Durant Guild" vasitəsilə Amerika avtomobillərinin çatdırılması Çində ümumi satışların 0,1%-dən azını təşkil edib. Eyni zamanda, nəşr xatırladır ki, "General Motors" həm də Çinin SAIC şirkəti ilə birgə müəssisələr vasitəsilə Çində avtomobillərin yerli istehsalını həyata keçirir.
Bir həftə əvvəl "Ford Motor" şirkəti yolsuzluq avtomobillərinin, pikapların və idman avtomobillərinin Çinə göndərilməsini dayandıracağını bildirmişdi. Qərar Çinin cavab rüsumlarını tətbiq etməsindən sonra qəbul edilib.
Bundan əvvəl "General Motors"un V8 mühərrikinin nasazlığı ehtimalına görə 721 min yeni avtomobili bazarlardan geri çağıracağı bildirilirdi. Söhbət "Cadillac Escalade" və "Escalade ESV", "Chevrolet Silverado 1500", "Suburban" və "Tahoe", "GMC Sierra 1500", "Yukon və Yukon XL" 2021-2024 model illərindən gedir.
V8 mühərrikləri keyfiyyətsiz hissələrə görə gözlənilmədən sıradan çıxa bilər. "General Motors"un məlumatına görə, nasaz komponentlər 2021-ci il martın 1-dən 2024-cü il mayın 31-dək mühərriklərdə quraşdırıla bilərdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay