
"Foxconn" Hindistandakı bölməsinə 1,5 milyard dollarlıq sərmayə qoyacaq
"Apple" şirkətinin əsas təchizatçılarından biri olan "Foxconn" Hindistandakı bölməsinə 1,5 milyard dollar dəyərində sərmayə qoyacaq.
Valyuta.az xəbər verir ki, bu addım "Apple"ın istehsalatını gömrük rüsumlarına məruz qalan Çindən kənara çıxarmaq strategiyası çərçivəsində atılır.
London Fond Birjasına təqdim olunan sənədlərə əsasən, "Foxconn"un Sinqapurda qeydiyyatdan keçmiş törəmə şirkəti Hindistandakı "Yuzhan Technology India" bölməsində nominal dəyəri 10 rupi olan 12,77 milyard səhm alacaq. Bu da ümumilikdə 127,74 milyard Hindistan rupisi (təxminən 1,5 milyard ABŞ dolları) həcmində sərmayə deməkdir.
Qeyd edək ki, Hindistanın Tamil Nadu ştatında yerləşən "Yuzhan Technology India" şirkəti elektron komponentlər istehsal edir və eyni zamanda "Apple"ın "iPhone" modellərinin yığımını həyata keçirir.
"Reuters"in ötən ay yaydığı məlumata görə, "Apple" ABŞ-Çin ticarət münasibətlərindəki gərginlik və prezident Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbilə Hindistanı alternativ istehsalat mərkəzi kimi mövqeləndirir. Bu amillər tədarük zəncirində risklər və "iPhone" qiymətlərinin bahalaşması ilə bağlı narahatlıqlar yaradıb.
Mart ayında "Apple" Hindistandakı istehsalatını əhəmiyyətli dərəcədə artıraraq, ABŞ-a təxminən 600 ton, 2 milyard dollar dəyərində "iPhone" ixrac edib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay