
"Nike" texnologiya bölməsində bəzi işçiləri ixtisar edib
İdman geyimləri istehsalçısı olan "Nike" şirkəti texnologiya bölməsində çalışan bəzi işçilərini ixtisar edib.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bazar ertəsi günü məlumat verib.
Şirkət nümayəndəsinin elektron poçt vasitəsilə verdiyi açıqlamada bildirilib ki, bəzi işlər bundan sonra üçüncü tərəf podratçılara həvalə olunacaq. Həmin dəyişikliklərin ötən həftə elan edildiyi qeyd olunub.
İxtisar edilən işçilərin dəqiq sayı açıqlanmayıb. Şirkətin texnologiya bölməsində ümumilikdə neçə nəfərin çalışdığı da məlum deyil.
Xatırladaq ki, mart ayında "Air Jordan" markasının istehsalçısı olan "Nike" analitiklərin proqnozlarından daha ciddi dördüncü rüb gəlir azalması gözləntisini açıqlayıb. Şirkət alıcıların daha dəbli rəqiblərə üz tutduğu bir vaxtda onların marağını yenidən cəlb etmək üçün ehtiyatlı strategiya tətbiq edir.
Eyni zamanda bu ayın əvvəlində "Nike"ın baş direktoru Elliott Hill şirkətin rəhbər heyətində bir sıra dəyişikliklər həyata keçirib. Hill ötən ilin oktyabrında vəzifəyə gələrək son dövrlərdə innovativ və yeni model ayaqqabılar dizayn etməkdə çətinlik çəkən şirkətdə islahatlara başlayıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay