
19.05.2025 / 22:12
"BP Eksploreyşn (Şahdəniz) Limited" Şirkətinin Azərbaycan nümayəndəliyi cərimələndi
70719
Dövlət Gömrük Komitəsi (DGK) "BP Eksploreyşn (Şahdəniz) Limited" Şirkətinin Azərbaycan nümayəndəliyini inzibati məsuliyyətə cəlb edib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə “BP Eksploreyşn (Şahdəniz) Limited" Şirkətinin Azərbaycan nümayəndəliyi 485.2-ci maddə ilə təqsirli bilinərək 1500 manat cərimələnib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay