
"Omg Group" rəhbərinə də “stop” qoyuldu
Bakıda havalandırma və servis xidməti göstərən "Omg Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin də dövlətə vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 37 601.57 manat vergi borcu var.
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Şahsuvar Abuşov Nəbi oğluna vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilib.
Lakin qeyd olunan müddət ərzində sahibkar tərəfindən borc məbləğinin ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət olunub.
Məhkəmənin qərarı ilə, Şahsuvar Abuşovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay