
Hindistanlı həkimin Azərbaycandan çıxışına “stop” qoyuldu
Bakıda Hindistanlı həkimin Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Valyuta.az-ın məlumatına görə, buna səbəb "Neuraxes" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, rəhbəri Majumdar Pritamdanın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3 min manata yaxın vergi borcunun olması olub.
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 1985-ci il təvəllüdlü Hindistanlı həkimin vergi ödəyicilərinə borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilib. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilmədiyindən məhkəməyə müraciət olunub.
Məhkəmənin qərarı ilə, Pritam Majumdarın ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Pritam Majumdar Azərbaycanda neyromodulyasiya terapiyaları sahəsində fəaliyyət göstərir. Neyropsixiatriyada terapevtik məqsədlər üçün istifadə edilən neyromodulyasiya üsullarından biridir.
Sabiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay