BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70709

Banklar arasında ən aşağı faizi  "Unibank" (9,5%), "Premium Bank" (9,8%), "Bank of Baku" (9,9%) və "TuranBank" (9,9%) təklif edir. Ən yüksək faizi isə “ASB Bank”( 13%), “Ziraat Bank”(17%), Bank BTB (18%) təklif edir. Bankların saytlarında, reklamlarda kredit faizləri aşağı göstərilir. Lakin müştərilər banka müraciət edən zaman onlara daha yüksək faiz deyilir. Bu fərqlərin olmasına səbəb nədir? Ümumiyyətlə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda nə üçün kredit faziləri yüksəkdir?

Valyuta.az xəbər verir ki, Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, banklar tərəfindən elan olunan faiz dərəcələri ən yaxşı müştərilərə təqdim edilən ən əlverişli şərtləri əks etdirir və bu səbəbdən həmin faizlər minimum göstəricilərdir. Onun sözlərinə görə, bu, bir növ təbliğat-təşviqat və reklam məqsədilə istifadə olunan metodlardan biridir:
 
“Dünyada da bənzər metodlardan istifadə olunur. Vətəndaş müraciət etdikdə, onun kredit qaytarma qabiliyyəti müəyyənləşdirilir və bu zaman həm kredit tarixçəsi, həm də kredit reytinqi nəzərə alınaraq ona uyğun faiz təklif olunur. Yəni son dövrlərdə bu cür hesablamalar əhəmiyyətli dərəcədə alqoritmlər və konkret modellər vasitəsilə aparılır və nəticə avtomatlaşdırılmış şəkildə müəyyən olunur.

Əksər banklarda belədir: vətəndaşa “sizə 10 faizlə kredit veririk” deyildikdə, bu – “10 faizdən başlayan'” faiz dərəcələri deməkdir. Bu məqama diqqət yetirmək lazımdır. Yəni bank öz müştərisinə, daim kredit götürən, vaxtında ödəniş edən, etibarlı kredit tarixçəsi olan və yüksək kredit reytinqinə sahib olan şəxsə həmin faizi təklif edə bilər. Amma bu o demək deyil ki, orada qeyd olunan faizlə istənilən şəxs kredit götürə bilər. Çünki kreditin faizinə təsir edən digər parametrlər də var və bu, dünyada da belədir. Bütün dünyada davranış əsaslı kredit qiymətləndirilməsi yanaşması tətbiq olunur. Yəni vətəndaşın kredit qaytarma qabiliyyəti, maliyyə davranışı, məsuliyyəti, öhdəliklərini yerinə yetirmə səviyyəsi və digər məlumatlar birləşdirilərək kredit reytinqi formalaşdırılır və bu reytinqə uyğun faiz dərəcəsi müəyyən edilir”.
 
İqtisadçı kredit faizlərinin yüksək olması məsələsinə diqqət çəkərək qeyd edib ki, son aylarda cəlb olunan vəsaitlərin xərci artıb:
 
“Təsəvvür edin ki, 2024-cü ilin əvvəlindən etibarən başlayan proses nəticəsində banklar tərəfindən manatla əmanətlərə — xüsusilə də sistem əhəmiyyətli banklar tərəfindən — əvvəllər 6 faiz təklif olunduğu halda, bu gün bu göstərici 12 faizə yüksəlib. Valyuta ilə əmanətləri xatırlayırsınızsa, əvvəl 1,5 faiz təklif olunurdu, bu gün isə bu göstərici 6 faizə qədər yüksəlib.Cəlb olunan vəsaitlərin maya dəyəri və xərci artırsa, təbii ki, bu, kredit faizlərinə də təsir edəcək və nəticədə faizlərdə qismən bahalaşma müşahidə edilir.Bundan başqa, risk məsələsi burada çox vacibdir. Azərbaycanda kredit faizləri bir çox ölkələrlə müqayisədə yüksəkdir. Türkiyə ilə müqayisədə ölkəmizdə faizlər xeyli aşağı olsa da, inkişaf etmiş Avropa ölkələri, bəzi hallarda Gürcüstan və MDB ölkələri ilə müqayisədə  faizlər daha yüksək olur.
Burada nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı sadalanan ölkələrlə müqayisədə daha çox qeyri-formaldır. Qeyri-formal sahibkarlıq və qeyri-formal gəlirlərin qiymətləndirilməsi daha çox çətinlik yaradır. Əgər sabah hər hansı bir problem yaranarsa, həmin gəlirlərin borcların ödənilməsinə yönəldilməsi mümkün olmur, çünki məhkəmələr bu kimi hallarda müvafiq iddiaları əsas götürmürlər. Bu şərtlər daxilində Azərbaycanda verilən kreditlər üzrə faiz riski yüksəkdir və bu da faizlərin yuxarı olmasına səbəb olur".
 
İqtisadçı onu da vurğulayıb ki, bazarın liberallıq səviyyəsi, bazarda xarici oyunçuların — xüsusilə xarici maliyyə korporasiyalarının — iştirakı, eləcə də dolayı benefisiarlıq baxımından çox zəif diversifikasiya müşahidə olunur və bu da zəif rəqabət mühiti formalaşdırır:
 
“Əgər bir çox bankların benefisiarları — yəni faktiki sahibləri — bu və ya digər şəkildə eyni şəxslərdirsə, burada sağlam rəqabət olmayacaq. Nəticə etibarilə kredit və portfel faizləri üzrə siyasətlər bir-birinə bənzəyəcək. Digər tərəfdən, xarici mənbələrdən daha ucuz vəsaitlərin bazara daxil olma imkanları məhduddursa, bu da avtomatik olaraq kredit faizlərinin yüksək olmasına səbəb olacaq. Bütün bu amilləri nəzərə aldıqda, eyni zamanda Azərbaycanda biznesə münasibətdə fərqli maliyyə alətlərinin zəif inkişafı da önə çıxır. Məsələn, dünyanın əksər ölkələrində bizneslər banka kredit müraciətini ən son çarə kimi nəzərdən keçirirlər. Əvvəlcə qiymətli kağızların emissiyası, səhmlərin buraxılması, yaxud da yeni qurulan bizneslərin vençur kapital şirkətləri ilə əməkdaşlıq edərək vəsait cəlb etməsi üstünlük təşkil edir.
Bu yolla investisiya mühiti genişlənir və bazar canlanır. Azərbaycanda isə bu alternativ maliyyə alətləri demək olar ki, yoxdur. Nəticədə bütün maliyyə tələbi birbaşa bank sektoruna yönəlir və belə olduğu halda, təbii ki, artan tələblə birlikdə kredit faizləri də yüksək olur".
 
R. Həsənov xatırladıb ki, son dövrlərdə faizlərin artmasının səbəblərindən biri də 2024-cü ildə kredit portfelinin əhəmiyyətli dərəcədə artmasıdır:
 
“Yəni ümumi mənzərəni nəzərə alsaq, hazırda mövcud iqtisadi mühit, iqtisadi konjonktura, bank sektoru ilə bağlı həyata keçirilmiş siyasət, zəif şaxələnmiş maliyyə alətlərinin mövcudluğu və iqtisadiyyatda mənfəət normasının yüksək olması kimi bütün bu faktorlar faizlərin yüksək qalmasına səbəb olur. O ki qaldı problemin həllinə, bu məsələ nə qısamüddətli yanaşmalarla, nə də bir addımla həll edilə bilər. Yalnız qeyd etdiyimiz problemlər aradan qalxdıqdan sonra kredit faizlərinin real şəkildə azalması mümkündür. Bir tərəfdən, inflyasiya səviyyəsinin azalması banklara əmanətləri və depozitləri daha aşağı faizlə cəlb etmək imkanı yaradır. Digər tərəfdən, iqtisadiyyatın leqallaşdırılması borc götürənlərin kredit reytinqinin yüksəlməsinə, kredit qaytarma qabiliyyətinin güclənməsinə səbəb olur. Bu isə nəticə etibarilə onların daha aşağı faizlə kredit əldə etmələrinə şərait yaradır. Bundan başqa, əgər bazar liberallaşdırılarsa və rəqabət mühiti güclənərsə, bu da birbaşa olaraq faizlərin aşağı düşməsinə səbəb olacaq.Yəni ümumi olaraq bu, bir ekosistemdir və həmin ekosistemin bütün istiqamətləri üzrə təkmilləşmələr aparılmalıdır. Xüsusilə də biznesin alternativ maliyyə alətlərindən istifadə etməsi istiqamətində təşəbbüslərə daha əlverişli şərait yaradılmalıdır. Bu sahələrin inkişafı nəticə etibarilə kredit faizlərinin mərhələli şəkildə azalmasına zəmin yarada bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin