
"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq
Yaponiyanın avtomobil istehsalçısı "Nissan" ölkə daxilində və xaricdəki zavodlarını bağlamağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazıb.
Şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağı planlaşdırır. Birincisi, 1961-ci ildən fəaliyyət göstərən Oppama zavodudur. Bağlanmağa ikinci namizəd isə "Nissan"ın "Nissan Shatai" vasitəsilə yalnız yarısına sahib olduğu "Senan" zavodu hesab edilir.
Optimallaşdırma bir sıra xarici müəssisələrə də təsir edəcək: Cənubi Afrika, Hindistan, Argentina və Meksikada fabriklərin bağlanması planlaşdırılır. Nəticə etibarı ilə maddi sıxıntıya düşən Nissan əməliyyat xərclərini azaltmağa çalışır.
"Reuters" daha əvvəl bildirmişdi ki, "Nissan" mart ayında başa çatan 2024-cü maliyyə ili üçün 700-750 milyard yen zərər gözləyir.
Avtomobil şirkəti bunu aktivlərin amortizasiyası və restrukturizasiya xərcləri ilə izah edir. O, əvvəllər illik təxminən 80 milyard yen itkisi proqnozlaşdırmışdı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay