BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70695

Azərbaycan Standartlaşdırma İnstitutu distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartını bu aydan qəbul edib.

Bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.

“Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır”- deyə qurumdan bildirilib. 

Valyuta.az xəbər verir ki, AzEdu.az-ın İqtisad Universitetinin rektor Ədalət Muradovla müsahibəsində bu məsələyə də toxunulub.

Rektor bildirib ki, ikin mərhələdə bütün ixtisaslar üçün yox, ancaq hansı ixtisaslar üzrə mütəxəssis çatışmazlığı varsa, həmin sahələr üzrə distant təhsili tətbiq etmək mümkündür: 

“ABŞ üçün distant təhsil bizim qədər önəmli olmaya bilər. Çünki ABŞ həm böyük ölkədir, həm də müəllim-professor heyəti kifayət qədər çoxdur. Amma bizim üçün distant təhsil olduqca əhəmiyyətli və vacibdir. Mənə elə gəlir ki, artıq bu mövzu ətrafında ciddi və açıq müzakirələrə başlamalıyıq. Şəxsi fikrim budur ki, distant təhsil qaçılmazdır. Bu təhsil forması bir çox problemlərin həllinə də yardım edə bilər. Məsələn, kimsə 40-45 yaşındadır və baytarlıq üzrə ali təhsil alıb, lakin maliyyə sahəsində çalışmaq istəyir. O zaman niyə yenidən universitetə qayıtmalıdır? Bu halda ömürboyu təhsil modeli, yəni əsasən sertifikat proqramları köməyə gəlir. Amma bu zaman da başqa bir problem ortaya çıxır: bu proqramların nəticəsində əldə olunan sertifikatları işəgötürənlər tanıyacaqmı? Məsələn, həmin şəxsin baytarlıq diplomu ilə yanaşı, mühasibatlıq üzrə sertifikatı varsa, işəgötürən bunu nəzərə alaraq onu işə götürməlidir. Həmin sertifikat da peşəkarlıq göstəricisi kimi qəbul olunmalıdır. Belə olduğu halda təhsil xidmətləri bazarı da formalaşacaq və bu həm də rəqabəti stimullaşdıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin