
"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi
"Qatar Airways" aviaşirkətinin xalis mənfəəti 28% artaraq rekord səviyyəyə çatıb. Mart ayında başa çatan 2024/25 maliyyə ili üçün şirkətin qazancı 7,8 milyard Qatar rialı (2,1 milyard dollar) təşkil edib. Gəlir 6% artaraq 23,6 milyard dollar, gəlirlilik isə 20,9%-ə yüksəlib.
Valyuta.az xəbər verir ki, keçən maliyyə ili də "Qatar Airways" üçün rekord göstəricilərlə başa çatmışdı.
Ötən il ərzində aviaşirkət 43 milyondan çox sərnişin daşıyıb ki, bu da əvvəlki illə müqayisədə 3 milyon nəfər çoxdur. Avropada, xüsusilə Almaniyada (+12%) sərnişin axınının ən çox artımı qeydə alınıb.
"Qatar Airways"in təyyarə parkı 292-yə çatıb. 2024/25 maliyyə ili ərzində şirkət Avstraliyanın Virgin Australia və Cənubi Afrikada yerləşən "Airlink" aviaşirkətlərində 25% pay alaraq qlobal mövqeyini gücləndirib. Bundan əlavə, "Qatar Airways" Amerikanın "Boeing" şirkəti ilə 160 təyyarənin alınması üzrə müqavilə bağlayıb. "GE Aerospace" mühərrikli 777X və 787 modelləri üçün 96 milyard dollarlıq sifariş hər iki şirkət üçün genişfüzəli təyyarələr bazarında ən böyük əməliyyat hesab olunur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay