
"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək
"TikTok" platforması 18 yaşadək istifadəçilər üçün 22:00-dan sonra avtomatik aktivləşəcək bələdçili meditasiya seansları tətbiq edəcək.
Valyuta.az xəbər verir ki, şirkətin məqsədi sosial media istifadəsinin psixoloji təsirlərini azaltmaq və yuxu rejimini yaxşılaşdırmaqdır.
İstifadəçi gecə saatlarında aktiv olduqda əvvəlcə xəbərdarlıq mesajı, daha sonra isə tam ekranlı yönləndirmə göstəriləcək. Qeyd olunur ki, bu xüsusiyyət sınaq mərhələsində yeniyetmələrin 98%-i tərəfindən aktiv saxlanılıb. Şirkət bildirir ki, təşəbbüsün bir hissəsi olaraq psixi sağlamlıq təşkilatlarına platformada reklam sahəsi də ayrılacaq.
Yeniliklər Birləşmiş Krallıqda iyulda qüvvəyə minəcək və "Ofcom" tərəfindən icra olunacaq yeni qaydalarla uzlaşır. Bu qaydalar sosial media şirkətlərini gənclər üçün zərərli məzmunun qarşısını almağa, yaş yoxlamalarını sərtləşdirməyə və şikayət mexanizmlərini sadələşdirməyə məcbur edəcək. Avstraliyada isə dekabrdan 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinə qadağa qüvvəyə minəcək.
Qeyd edək ki, digər platformalar da tədbirlər görür. "Meta" məhdudlaşdırılmış yeniyetmə hesabları tətbiq edib, "Snapchat" isə böyüklərin gənclərlə əlaqəsini məhdudlaşdırıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay