BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70676

Son bir il ərzində dünyanın müxtəlif ölkələrində kriptovalyuta sahiblərinin onlarla dəfə oğurlanması halları baş verib. Təkcə Fransada son aylar ərzində azı beş belə hadisə qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Hücumların artması səbəbindən kriptovalyuta sahibləri şəxsi həyatlarını qorumaq üçün sosial şəbəkələrdəki profillərini gizlədir və ailə ünvanlarını internetdən silməyə çalışırlar.

Nəşrin verdiyi məlumata görə, ən son hadisə ötən həftə Parisdə baş verib. "Paymium" adlı kriptobirjanın rəhbərinin qızı və onun azyaşlı övladı qara maskalı üç şəxs tərəfindən oğurlanmağa cəhd edilib. Qadının həyat yoldaşı və qonşularının müdaxiləsi nəticəsində cinayətkarlar hadisə yerindən qaçıblar. Hadisə zamanı qadının əri yaralanıb.

Cinayətkarların planlarını həyata keçirdiyi hallar da olub. Məsələn, yanvar ayında Fransada kriptovalyuta cüzdanları ilə tanınan "Ledger" şirkətinin həmtəsisçisi David Ballan oğurlanıb. Cinayətkarlar ondan 10 milyon avro tələb ediblər və təzyiq məqsədilə bir barmağını kəsiblər. Şirkət ilkin olaraq 3 milyon avro köçürüb, lakin vəsaitin böyük hissəsi kriptovalyutanın dondurulması ilə geri qaytarılıb.

May ayında isə Mərakeş əsilli bir kriptosahibkarın atası Parisdə it gəzdirərkən oğurlanıb və onun da barmağı kəsilib. Hadisə ilə bağlı 18–26 yaş arasında bir neçə nəfər saxlanılıb.

WSJ-nin məlumatlarına paralel olaraq, ötən həftə "Bloomberg" kriptobirja "Binance"in haker hücumuna məruz qaldığını bildirmişdi. Hücum zamanı hakerlər birjanın əməkdaşlarına rüşvət təklif edərək şəxsi məlumatlara çıxış əldə etməyə çalışıblar. Eyni zamanda, rəqəmsal valyuta mübadiləsi platforması "Kraken"in də hücuma məruz qaldığı qeyd olunub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin