
"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq
"Nvidia" bulud əsaslı süni intellekt çiplərinin vahid platformada satışı üçün "Lepton" adlı yeni proqram təminatını təqdim edib.
Valyuta.az xəbər verir ki, şirkət bu alətlə “GPU” (qrafiklərin emalı üçün nəzərdə tutulmuş xüsusi prosessor) gücünün tərtibatçılara daha əlçatan olmasını hədəfləyir.
Yeni sistemə "CoreWeave", "Nebius Group", "Foxconn", "SoftBank Corp" və digər "neobulud" provayderləri qoşulub. "Nvidia"nın bulud texnologiyaları üzrə vitse-prezidenti Aleksis Bjorlin bildirib ki, bu platforma çiplərin əlçatanlığını avtomatlaşdıracaq və bazarda çevikliyi artıracaq.
"Lepton" platforması həmçinin tərtibatçılara müəyyən ölkələrdə yerləşən “GPU”ları tapmaq və mövcud ehtiyatlarını genişləndirmək imkanı verəcək.
Tədqiqat şirkəti "IDC"nin nümayəndəsi Mario Morales qeyd edib ki, bu addım "Nvidia" üçün əhəmiyyətlidir, çünki şirkət artıq 5 milyon proqram tərtibatçısı ilə əməkdaşlıq edir və onların texnologiyaya çıxış imkanlarını daha da artırmaq niyyətindədir.
Hazırda "Microsoft", "Amazon Web Services" və "Google" kimi əsas bulud provayderləri platformaya daxil olmasa da, gələcəkdə onların da qoşulması üçün imkan yaradılıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay