
"Xiaomi" çip dizaynına 6,9 milyard dollarlıq sərmayə qoyacaq
Xiaomi 2025-ci ildən başlayaraq çip dizaynına ən azı 6,9 milyard dollar sərmayə yatıracaq.
Valyuta.az xəbər verir ki, çinli smartfon və elektromobil istehsalçısı "Xiaomi" şirkəti 2025-ci ildən etibarən çip dizaynı sahəsinə ən azı 50 milyard yuan (təxminən 6,93 milyard ABŞ dolları) həcmində sərmayə yatırmağı planlaşdırır.
Bu məlumat şirkətin qurucusu Ley Tszün tərəfindən sosial şəbəkə "Weibo"da yerləşdirilmiş paylaşımda açıqlanıb.
"Xiaomi"nin nümayəndəsi "Reuters" agentliyinə bildirib ki, 50 milyard yuanlıq investisiya proqramı məhz 2025-ci ildən başlayır və on il müddətinə nəzərdə tutulub.
Ley Tszün qeyd edib ki, şirkət indiyədək qabaqcıl mobil prosessoru olan "XringO1"in inkişafı üçün artıq 13,5 milyard yuan sərmayə yatırıb. Onun sözlərinə görə, "Xiaomi"nin çip dizaynı bölməsində 2 500-dən çox əməkdaş çalışır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay