BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70670

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? Avropada fəallar niyə 5G antenlərini sabotaj edirlər? Bu sualların cavabı yeni elmi tədqiqatda gizlənir.

Valyuta.az xəbər verir ki, pandemiya dövründə müxtəlif konspirasiya nəzəriyyələrinin mərkəzində olan 5G texnologiyasının insan sağlamlığı üçün təhlükə yaratdığına dair heç bir elmi sübutun olmadığı aparılan yeni bir araşdırma ilə bir daha təsdiqlənib.

Alimlər ictimaiyyətdəki şübhələri "tamamilə elmi məlumatlarla aradan qaldırmaq" məqsədilə insan dərisi hüceyrələrini yüksək güclü 5G dalğalarına məruz qoyublar. Araşdırmanın nəticələrinə əsasən, icazə verilən səviyyələrdəki 5G siqnalları insan dərisinə zərər vermir.

Almaniyadakı Konstruktor Universitetinin alimləri tərəfindən aparılan araşdırma "PNAS Nexus" adlı elmi jurnalda dərc edilib. Təcrübədə iki müxtəlif insan dərisi hüceyrəsi növü, normal təhlükəsizlik sərhədlərindən xeyli yüksək səviyyədəki 5G elektromaqnit dalğalarına 2 və 48 saat ərzində məruz qalıb. Nəticələr göstərib ki, bu dalğalar hüceyrə quruluşunda pozuntu və ya zədələnmə yaratmayıb.

Mobil telefonlar, Wi-Fi və digər rabitə texnologiyaları məlumat ötürmək üçün elektromaqnit dalğalardan istifadə edir. Bu dalğalar müəyyən tezlik aralıqlarında fəaliyyət göstərir. 4G texnologiyasında tezlik sıxlığı və sürət məhdudiyyətləri səbəbilə, daha geniş tezliklərdən istifadə edən 5G texnologiyası 2018-ci ildən tətbiq olunmağa başlayıb.

Hazırda 5G şəbəkələri 6 GHz-dən aşağı tezliklərdə çalışır. Gələcəkdə isə bu sərhədin 24,3 – 43,3 GHz aralığına qədər yüksəldilməsi planlaşdırılır. Bu tezliklər təhlükəli görünsə də, elektromaqnit dalğalarının toxumalara nüfuzetmə dərinliyi tezlik artdıqca azalır. Məsələn, 3 GHz-dən aşağı tezlikli dalğalar dərinin maksimum 10 mm dərinliyinə qədər nüfuz edə bilir. 10 GHz üzərindəki dalğalar isə yalnız 1 mm dərinə keçə bilir. Buna görə də, yüksək tezlikli 5G dalğalarının təsiri yalnız dərinin səthi ilə məhdudlaşır.

Bu araşdırma, 5G texnologiyası ilə bağlı şübhələri aradan qaldıra biləcək mühüm addım kimi qiymətləndirilir. Lakin müxtəlif elmi qrupların aparacağı əlavə tədqiqatlarla yeni nəticələrin ortaya çıxıb-çıxmayacağı gələcəkdə aydın olacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin