BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70664

Parollar şəxsi məlumatların təhlükəsizliyi üçün ən əsas elementdir. Onlar bizim e-poçt ünvanlarımızı, bank hesablarımızı və s. qoruyurlar. Bəs, etibarlı parolu necə seçmək olar?

Mütəxəssislərə görə, parol ən azı 12 simvoldan ibarət olmalıdır. Hakerlər tez-tez sadə “brute force” metodundan istifadə edərək, hesabı sındırmağa və parolu təxmin etməyə nail olurlar.
Parol nə qədər uzun olsa, onu tapmaq və ya sındırmaq bir o qədər çətin olar. Buna görə də, müxtəlif şriftlərdən, rəqəmlərdən, simvollardan, həmçinin, müxtəlif hərf birləşmələrindən istifadə edə bilərsiniz (!@#$%^&*()). Məsələn, sadə “password” sözündən istifadə etmək əvəzinə, mürəkkəb “P@ssw0rd” sözündən istifadə etmək daha yaxşıdır.

Heç vaxt adınız, doğum tarixiniz və ya telefon nömrəniz kimi asanlıqla təxmin edilən məlumatlardan istifadə etməyin. Həmçinin, “qwerty”, “123456” və ya hər hansı digər məlum ardıcıllıqdakı məşhur hərf və ya rəqəm birləşmələrindən uzaq olun.
Eyni paroldan müxtəlif xidmətlər üçün istifadə etmək də təhlükəlidir. Bu halda bir hesabınızı sındırmaq, digər hesablarınız da risk altında qoymaq deməkdir.
Məsələn, pizza və ya suşi sifariş etmək üçün saytlar zəif qorunur. Buna görə də, əgər vacib e-poçt ünvanınız, həmçinin, sevimli pizzaçınız üçün eyni parolunuz varsa, deməli, e-poçtunuzun sındırılmaq ehtimalı da təbii olaraq artır.

Parolların hər 3-6 aydan bir dəyişdirilməsi də tövsiyə olunur. Bu, hakerın köhnə paroldan istifadə etmək üçün vaxt əldə etmək riskini azaldır. Müasir brauzerlər parollarınızı saxlamağı təklif edə və ya parol köhnəldikdə və yenilənməyə ehtiyac olduqda sizə xatırlada bilər.
Bu gün internetdə təsadüfi parollar yarada bilən çoxlu proqramlar və onlayn xidmətlər var. Çox vaxt bu xidmətlər təxmin etmək mümkün olmayan simvolların mürəkkəb birləşmələrini yaradır. Belə bir köməkçi seçərkən, yalnız parollarınızı saxlamayan və güclü şifrələmə üsullarından istifadə edən sübut edilmiş generatorları seçməlisiniz.

Həmçninin, bu cür xidmətlərin müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də var. Müsbət cəhətlərə mürəkkəb parolların avtomatik yaradılması, simvolların tərkibinin və birləşmənin uzunluğunun seçilməsi və unikal mühafizə variantı tapmaq üçün vaxta qənaət olunması, mənfi cəhətlərə isə bu parolları yadda saxlamağın çətin olması və məlumat sızması ehtimalının çox olması daxildir. Ona görə də, belə aqreqatorları etibarlı şəkildə yoxlamaq çox vacibdir.
Müasir bir insanın həyatında onlarla hesab ola bilər və onların hər biri üçün unikal parol yadda saxlamaq çətin ola bilər. Ona görə də, bu məqsədlər üçün parol menecerləri adlanan xüsusi proqramlar var. Onlar bütün parollarınızı əsas parolla qorunan bir yerdə saxlamağa imkan verir. 

Parol menecerinə təhlükəsiz parolların yaradılması, məlumatların cihazlar arasında sinxronlaşdırılması və şifrələnməsi daxildir. Buna görə də, təhlükəsiz olmaq üçün kompleks parol təyin etməli və iki faktorlu autentifikasiyanı aktivləşdirməlisiniz. Bu, istifadəçinin şəxsiyyətini təsdiqləmək üçün iki fərqli variantdan istifadə edən autentifikasiya üsuludur. Məsələn, birinci açar adətən giriş və şifrə, ikincisi isə istifadəçinin SMS və ya “push notification” vasitəsilə aldığı rəqəmsal koddur. Parol meneceri proqramını mütəmadi olaraq yeniləmək də vacibdir.

Parolun gücü kiber təhlükələrdən qorunmaq üçün ilk addımdır. Sadə tövsiyələrə əməl etməklə məxfi məlumatların itirilməsi riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Buna görə də, məlumatlarınızın təhlükəsizliyinin parolların seçilməsinə və saxlanmasına nə qədər ciddi yanaşmağımızdan asılı olduğunu unutmamalısınız.
Ən vacib məsələlərdən biri də odur ki, parolunuzu monitora yapışdırılmış və ya klaviaturanın altında gizlədilmiş qeyddə saxlamamalısınız. Çünki bu hesablarınızı sındırmaq üçün ən asan və “təhlükəsiz” variant ola bilər.

©yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin