
19.05.2025 / 10:25
Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı
70658
Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Valyuta.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.
İttihama görə, Q.Q. Qusar Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində çalışıb. O, 2023-cü illərdə xəstəxananın 20 045.82 manat pulunu mənimsəyib.
Q.Q. istintaq dövründə törətdiyi cinayət əməlini səmimi etiraf edib. Bildirib ki, mənimsədiyi pulları xəstəxanaya geri qaytarıb, əməlindən peşmançılıq hissi keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay