BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70640

Azərbaycanda insan alveri qurbanlarının sayı açıqlanıb. Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatına görə, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olub. Onlardan biri kişi, 90-ı isə qadın olub.

Ümumilikdə isə ötən il 206 insan alveri cinayəti qeydə alınıb. 206 insan alveri cinayətinin 78,1 faizi cinsi istismar (161), 21,4 faizi (44) insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 0,5 faizi (1) isə məcburi əmək halında həyata keçirilib.

Bundan başqa, sosial şəbəkələr vasitəsilə qurbana çevrilən insanlar var.

Məlumatda qeyd edilib ki, Vatsap, TikTok, İnstaqram, Teleqram sosial şəbəkələrində törədilmiş 44 (-14) müvafiq fakt aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb.

Bu da onu göstərir ki, sosial şəbəkələrdən təkcə məlumat almaq, əylənmək və digər məqsədlər üçün yox, həm də öz pis əməllərini törətmək məqsədilə istifadə edənlər var.

Bəs insanların bu yolla qurbana çevrilməməsi üçün hansı təkliflər verilə bilər?

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, insanlara sadə dillə təhlükəni izah edən çarxlar hazırlanmalıdır:

"Təəssüf ki, insan alverinə qarşı mübarizə zamanı qarşılaşdığımız əsas problemlərdən biri insanların sosial şəbəkələr vasitəsilə aldadılaraq qurbana çevrilməsidir. Əvvəllər fərqli yollardan istifadə edən cinayətkarlar və ya cinayətkar dəstələr indi sosial şəbəkələrdən istifadə edərək öz əməllərini asanlıqla həyata keçirirlər.

İlk növbədə məhz sosial şəbəkələrdə maarifləndirmə, təbliğat işlərini gücləndirməliyik. Xüsusilə də sadə insanların anlaya biləcəyi dildə hazırlanmış təsiredici sosial çarxlar, video roliklər çox paylaşılmalıdır. Bununla əlaqədar növbəti illərin büdcəsində də əlavə xərclərin nəzərdə tutulması çox yaxşı olardı. Çünki yalnız qeyri-hökumət təşkilatları və yaxud Milli Koordinatorun həyata keçirdiyi işlərlə və yaxud ayrılmış vəsaitlə bunların qarşısını almaq mümkün deyil”.

Deputat qeyd edib ki, indi bu cür əməlləri yerinə yetirənlər artıq yeni üsullardan istifadə edirlər:

"Mütləq onların bu əməlləri ifşa edilməlidir. Eyni zamanda, sosial şəbəkələrdə bu cür cinayətlər həyata keçirən şəxslərin, dəstələrin aşkarlanması üçün mütləq kibertəhlükəsizlik üzrə mütəxəssislər və mərkəzlər fərqli üsullardan istifadə edərək onların aşkarlanmasını həyata keçirməlidir.

Biz bacardığımız qədər çalışmalıyıq ki, insanlar qurbana çevrilmədən öncə bu cür niyyəti olan şəxs və dəstələri aşkarlayaq və onları bu əməllərdən çəkindirək. Qurban olma ehtimalı olan şəxsləri qoruya bilək. Əvvəlki illərlə müayisədə çox böyük işlər görülür, Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları öz missiyalarını uğurla həyata keçirirlər.

Bir daha vurğulayıram ki, hər şey dəyşdiyi kimi bu cür cinayətkarların da iş metodları, üsulları dəyişir. Qurbanları tələyə salma ilə bağlı planları dəyişir, yenilənir. Onlar başqa ölkələrdən də bunun yeni üsullarını, yollarını öyrənib burada tətbiq edirlər. Bu baxımdan hər birimiz Azərbaycan vətəndaşı olaraq bu məsələdə aidiyyatı qurumlara dəstək olmalıyıq. İctimai qınaq olmalıdır və çalışmalıyıq ki, vətəndaşlarımızı bu cür cinayətkarlardan qoruyaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin