BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70636

Bakıda avtoyuma məntəqəsindəki maşından 6200 manat oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Valyuta.az xəbər verir ki, 36 yaşlı Müşfiq Səbail rayonunda fəaliyyət göstərən avtoyuma məntəqəsindəki işinin ilk günündə oğurluq edib.

Belə ki, Müşfiq avtoyuma məntəqəsinin yanından keçəndə oranı işlədən Vüsal adlı şəxs ona işçi axtardığını deyib. Müşfiqə kömək etməsini təklif edib.

Müşfiq bu təkliflə razılaşaraq “Hyundai” markalı maşını yumağa başlayıb. O, maşının salonunda olan 6200 manatı görüb. Pulu iki hissəyə bölərək ciblərinə qoyub. Təcili işi çıxdığını deyərək oradan uzaqlaşıb.

Müşfiqin dediyinə görə, yolda olan zaman pulun bir hissəsini itirib. O, cibində qalan pulu sayanda 2700 manat olduğunu görüb. Sonra yaşadığı Salyan rayonuna gedib.

Bir neçə gün əmisigildə qaldıqdan sonra Bakı şəhərinə qayıdıb. Suraxanı rayonunda işə düzəlib. Müşfiq pulun 250 manatına telefon alıb, bibisi nəvəsinin oxuduğu universitetin təhsil haqqına 700 manat verib, 300 manat məbləğində özünə geyim alıb. Pulun 500-600 manatını da internet vasitəsi ilə kazinoda uduzub. Qalan hissəsini isə öz tələbatına xərcləyib.

Əməlindən peşman olduğunu deyən Müşfiq zərərçəkmiş şəxslə barışdığını, zərərin ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Müşfiq 2 il azadlıqdan məhrum edlib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub.

Mənbə: Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin