BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70631

İlin birinci rübündə ölkədəki hotellərdə yerlərin 81 faizi boş qalıb. Turizmçilər bunu havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Amma başqa subyektiv səbəblər də var. 

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin 81 faizdən çoxunun boş qalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı ölkəmizə turist gəlişinin azalması kimi izah olunur. Bu, kifayət qədər ciddi rəqəmdir və həyəcan təbili çalmağın vaxtı çatıb kimi görünür. 

Turizmçilər hotellərin boş qalmasını havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Onlar həm də qiymətlərin bahalığı, təbliğatın yaxşı qurulmaması və s. kimi səbəblərin də olduğunu deyirlər. 

Valyuta.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb:

Müqayisə düzgün deyil

Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan statistika ilə razılaşmır: “Aylarla müqayisə dəqiq nəticə almağa mane olur. Ən azı yarım illik, ya da bir illik statistikanı müqayisə etmək lazımdır. Ay olub ki, müəyyən səbəblərə görə bayramlarda və ya dünyada mövcud olan başqa trendlərə görə turistlərin sayı keçən illə müqayisə edəndə az olub. Amma digər aylarda bu boşluq kompensasiya edilib. Bizim idarə etdiyimiz hotellərdə müştəri sayında azalma yoxdur”.

Maydan sonra artım başlayacaq 

Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, ilin ilk rübündə hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması təəccüblü deyil:

“Statistikaya görə, Azərbaycanda 800-ə yaxın hotel və qalma yeri var. Nömrə fondumuz təxminən 30 minə yaxındır, 60 minə yaxın ölkə üzrə yataq sayımız var. Nəzərə alaq ki, ilin ilk rübü turizm üçün o qədər də aktiv aylar deyil və bu səbəbdən hər il olduğu kimi bu il də ölkəyə çox qonaq gəlməyib. Bu, bütün dünyada belədir. Qonaqların artımı əslində aprel ayından başlayır. Həm də insanlar daha çox yay aylarında səyahət edirlər. Hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması əsasən bununla əlaqədardır. Aprel-maydan başlayaraq turist axınının artan xətt üzrə inkişafını proqnozlaşdırıram”.

Ekspert paytaxt mehmanxanalarında 60 faizə yaxın doluluq olduğunu deyir: “Daha sonra Qəbələ, Qusar və s. rayonlar ardıcıllıqla gedir. Bu da quru sərhədlərin bağlı olduğu dövrdə ölkəyə giriş-çıxışın əsasən Bakıdakı hava limanından həyata keçirilməsi ilə əlaqədardır. Ölkədə bir həftə qalan qonaq ya gəlişi, ya da gedişi zamanı bir-iki gün Bakıda gecələməli olur. Ona görə Bakıda gecələmələrin sayı daha çoxdur. Qusar da təbii ki, qış mövsümü ilə əlaqədar olaraq ən çox səfər olunan istiqamət olub. Qusarda və Qəbələdə yay-qış komplekslərinin olması ilin ilk rübündə daha çox turistlərin getməsinə səbəb olub”.

Azalma dünyada baş verən proseslərə görədir

Gəlmə turizm üzrə menecer Vasif Yadigarov mehmanxanalarda yaranan boşluğu dünyada baş verən hadisələrlə əlaqələndirir: “Çünki çox reyslər təxirə düşüb. Bu, əsasən Hindistan və Pakistan istiqamətindən gələn reyslərə aiddir. Yanvar-mart aylarında gələnlər onsuz da nisbətən az olur”. Turizmçi xüsusən rayon mehmanxanalarında qeydə alınan azalmanı normal hesab edir: “Bu, normaldır, çünki gələn qonaqların 50%-dən çoxu rayonlara getmir. Məsələn, keçən həftə biz mindən çox hindistanlı qonağı yola salmışıq. Onlardan heç biri rayona getmədi”.

İndi də ümid Çindən gələcək turistlərədir

“Statistika və turizmin incəlikləri onu göstərir ki, yanvar-fevral, hətta mart ayı turizmdə aşağı mövsüm hesab olunur”, - deyə turizm üzrə ekspert Əziz Şiriyev bildirir:

“İnsanlar daha çox hava isti olanda gəzintiyə üstünlük verirlər. Əvvəlki illərə nəzər yetirsək, mart ayında, xüsusən Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda İrandan turist gəlirdi. Sonra bu axın dayandı. Ona görə bu ilin martında bir qədər zəif mövsüm oldu. Hazırda Bakıda, Qobustanda, tarixi məkanlarımızda, qoruqlarda Rusiyadan, Hindistandan gələn turistləri görə bilərsiniz. Tədricən regionlarda da turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi çinli turistlərin ölkəmizə gəlişinə səbəb olacaq”. 

Yalnız bir istiqamətə köklənmənin yaratdığı problemlər 

Tərcüməçi-bələdçi Aytac Nəzirli isə açıqlanan statistikanı real hesab edir: “Qış aylarında turistlərin azlığı normal haldır. Çünki qış aylarında Qəbələ-Qusar kimi ərazilərdə hotel qiymətləri kəskin şəkildə bahalaşır. Bəzi ölkələrdə qış aylarında tətil olmur, azalmada bu da rol oynayır. Amma apreldən başlayaraq yenidən canlanma müşahidə olunur”.

Bələdçi hesab edir ki, ilin əvvəlindən turistlərin ölkəyə az gəlməsinin səbəblərindən biri də bu istiqamətdə reklam işinin yaxşı qurulmaması ilə bağlıdır: “Biz turizmdə ancaq bir ölkəyə köklənirik. Bir ara ərəb bazarına kökləndilər, sonra Hindistan, indi də Çin. Bir anda bir neçə bazarla müqavilə bağlasalar, kəskin şəkildə artım ola bilər. Məsələn, hindistanlılar yayda gəlməyi üstün tuturlar, onlar qışı sevmirlər. “Ərəb bazarı” demək olar ki sona çatıb. Onlar əvvəl Azərbaycana gəlirdilər, amma indi Gürcüstana, Qazaxıstana üz tuturlar”.

A.Nəzirli turistlərin diqqətinin təkcə Bakıya fokuslanmasını da düzgün hesab etmir:

“Azərbaycanın turizm bölgələri təkcə Bakı, Qusar və Qəbələ deyil. Amma təəssüf ki, bizim sektorda təkcə bu şəhərlərə kökləniblər. Digər regionların gözəl turistik yerləri, tarixləri, ənənələri var. Amma Gəncədə, Balakəndə, Lənkəranda və s. yerlərdə çox nadir hallarda turist görərsiniz. Çünki bu istiqamətdə reklam düzgün getmir. Şəxsən mənim qonaqlarım olanda rayonlara səfər təklif edərkən tərəddüd edirlər. Çünki qonaqların gördüyü yalnız bu üç şəhərdir”.

Bələdçinin dediyinə görə, qonaqlara qarşı baş verən dələduzluq halları da onların gəlişinə mane olur: “Taksi sürücüləri, gecə qadınları, restoranlarda qiymət artımı, onlara verilən saxta pullar, peşəkar olmayan bələdçilərin məlumatları qonaqları ölkəmizdən soyudur. Nəticədə turistləri itiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin