
Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq
Bu gün süni intellekt artıq yalnız texnoloji yenilik deyil, eyni zamanda gündəlik həyatımızda köməkçiyə çevrilib. Xüsusilə fiziki və zehni sağlamlığımızı dəstəkləyən mobil tətbiqlər sayəsində ürək döyüntüsündən tutmuş yuxu keyfiyyətimizə qədər bir çox məlumatı real vaxtda izləmək mümkündür.
Valyuta.az xarici xəbər saytına isinadən stress, yuxu, ürək sağlamlığı və simptomların izlənməsi kimi funksiyalar təqdim edən 7 süni intellekt əsaslı pulsuz sağlamlıq tətbiqi təqdim edir.
HealthifyMe
Bu tətbiq gündəlik qidalanmanı izləmək üçün süni intellektdən istifadə edir. Sadəcə yeməyin və ya məhsulun qablaşdırmasının şəklini çəkmək kifayətdir. Tətbiq şəkli analiz edir və kalori ilə tərkibi avtomatik olaraq qeyd edir. Hətta telefon qalereyasındakı yemək fotolarını da skan edərək qida gündəliyinə əlavə edə bilir. Eyni zamanda yuxudan məşqə qədər müxtəlif məlumatları analiz edərək fərdi rəy və tövsiyələr verir. Tətbiqdəki "Ria" adlı süni intellekt köməkçisi suallara cavab verir və sağlam həyat məqsədlərinə uyğun məsləhətlər təqdim edir. “iOS”, “Android” və veb platformalarında mövcuddur.
Qiymət: Əsas funksiyalar pulsuzdur; əlavə imkanlar üçün ödənişli versiyası var.
Ada
"Ada" mobil sağlamlıq köməkçisidir. İstifadəçinin simptomlarını analiz edir və ehtimal edilən sağlamlıq problemləri barədə məlumat verir. Həkim mütəxəssislərin töhfəsi ilə hazırlanıb və əlamətləri geniş tibbi məlumat bazası ilə müqayisə edərək fərdi sağlamlıq qiymətləndirməsi aparır. Bir neçə dili dəstəkləyir.
Qiymət: Tamamilə pulsuzdur.
Welltory
Bu tətbiq ürək döyüntülərini izləyərək gün ərzində stress və enerji səviyyələrini ölçür. Bədən reaksiyalarını qrafiklərlə təqdim edir, yuxu keyfiyyətini analiz edir və qan təzyiqini əl ilə qeyd etməyə imkan verir. Məşq zamanı ürək ritminə əsaslanan tövsiyələr təqdim edir. Toplanan biometriya məlumatlarına əsaslanaraq fərdi tövsiyələr verir.
Qiymət: Pulsuz başlanğıc paketi var, əlavə funksiyalar üçün ödənişli planlar mövcuddur.
Buoy Health
İstifadəçilərin simptomlarını təhlil edərək ehtimal edilən xəstəlikləri müəyyənləşdirir. 18.000-dən çox tibbi məqalə və klinik məlumat bazasına əsaslanır. Soyuqdəymə, baş ağrısı, mədə pozğunluğu kimi geniş simptom spektrini əhatə edir.
Qiymət: Tamamilə pulsuzdur.
Sleep Cycle
Yuxunun müddətini və keyfiyyətini izləyir, xorultu və nəfəs səslərini qeyd edir. Telefonun hərəkət sensoru vasitəsilə bədən hərəkətlərini izləyərək ən yüngül yuxu anında oyatma funksiyası təklif edir. Süni intellekt yuxu mərhələlərini təhlil edir və ideal oyatma vaxtını müəyyənləşdirir.
Qiymət: Əsas yuxu təqibi funksiyaları pulsuzdur.
Healthily
"Healthily" tətbiqi şəxsi sağlamlıq tövsiyələri təqdim edərək fərdlərin özünə qulluq vərdişlərini inkişaf etdirməsini hədəfləyir. 28 günlük məşq, yuxu, əhval və qidalanma planları, sağlamlıq kitabxanası və simptom nəzarəti kimi funksiyalar təqdim edir.
"Apple Health" kimi tətbiqlərlə inteqrasiya olunur.
Qiymət: Pulsuz plan mövcuddur.
HeartScan
Ürək sağlamlığını izləməyə yönəlib. Telefonun sensorları vasitəsilə təmassız şəkildə ürək döyüntülərini və nəbzi ölçə bilir. Stress, yorğunluq və ürək performansını təhlil etmək üçün nəzərdə tutulub. Seismokardioqrafiya (SCG) texnologiyası ilə bədəndəki mikro titrəşmələri analiz edərək süni intellektlə nəticələr təqdim edir.
Qiymət: Pulsuz plan mövcuddur.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay