
15.05.2025 / 17:58
Bu taksi şirkəti 40 min cərimə edildi
70506
Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.
Valyuta.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Milli Taxi” MMC 40 min manat cərimələnib.
Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.
Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay