
15.05.2025 / 17:36
Bankomatda unutduğu pulu oğurladılar
70503
Səbail rayonu ərazisində bir nəfər 36 yaşlı qadının etibarından sui-istifadə edərək 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 37 yaşlı A.Abdurahmanov saxlanılıb.
Bundan başqa rayon ərazisində bir şəxsin bank kartından 560 manatı oğurlayan 25 yaşlı N.Aslanov, Yasamal rayonunda isə paytaxt sakininin bankomatda unutduğu 150 manatını ələ keçirən 29 yaşlı Y.Səmədov da saxlanılıblar.
Araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay