
15.05.2025 / 15:30
“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda
70491
Azərbaycan Mərkəzi Bankı ən çox şikayət olunan bankları açıqlayıb.
Valyuta.az xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan” növbəti dəfə ölkədə ən çox şikayət olunan bank olub. Belə ki, bank 3.27 indeksi ilə siyahıya başçılıq edib.
Ümumilikdə isə Türkiyə bankının törəməsi ilin əvvəlindən etibarən şikayətlər üzrə qırmızı zolaqda yer alır.
Ən çox şikayət edilən banklar siyahısında ikinci pillədə isə 3,07 indeksi ilə “Bank Avrasiya” qərarlaşıb. İlk üçlüyü 2,87 indeksi ilə “Yelo Bank” tamamlayıb.
Xatırladaq ki, Mərkəzi Bank bu ilin aprel ayı üzrə ümumilikdə 22 bankdan 19-u ilə bağlı şikayət edildiyini açıqlayıb. Bunlardan 4-ü qırmızı zolaqda (ən yüksək), 8-i sarı zolaqda (orta), 7-si isə yaşıl zolaqda (aşağı) qərarlaşıb.
NARA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay