
"Samsung" 1,5 milyard avro şirkət aldı
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti Almaniyanln havalandırma şirkəti "FlaktGroup"u 1,5 milyard avro qarşılığında almaq üçün razılığa gəlib.
Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Samsung Electronics"dən verilən açıqlamaya görə, xüsusi kapital şirkəti "Triton" Almaniyanın havalandırma, istilik və iqlimləndirmə sistemləri istehsalçısı "FlaktGroup" üçün "Samsung"un 1,5 milyard avroluq təklifini qəbul edib.
Cənubi Koreya şirkəti Şimali Reyn-Vestfaliyada fəaliyyət göstərən alman şirkətini almaqda əsas səbəb olaraq süni intellekt layihələri üçün istifadə olunan məlumat mərkəzlərinin soyudulmasına artan tələbatı göstərib.
Alış əməliyyatının bu il ərzində tamamlanması gözlənilir. Bu, "Samsung Electronics"in son 8 ildəki ən böyük satınalması kimi diqqət çəkir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay